2026-cı il dünya çempionatının İspaniya – Argentina finalı yalnız meydandakı mübarizə ilə deyil, möhtəşəm fasilə şousu ilə də yadda qalıb. Oyunun fasiləsində çıxış edən dünya ulduzlarının aldıqları qonorarlar da məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Şou proqramında Madonna, Castin Biber, BTS qrupunun üzvləri, “Coldplay” və Şakira səhnə alıblar.
Bildirilib ki, gecənin ən yüksək qonorar alan ifaçısı kolumbiyalı müğənni Şakira olub. Dünya çempionatının rəsmi mahnılarından birini səsləndirən 49 yaşlı sənətçinin çıxışına görə 17,5 milyon avro qazandığı qeyd edilib.
Ən çox qazananlar siyahısında Şakiradan sonra Castin Biber və aktyor Timoti Şalame yer alıb. Məlumata əsasən, onların hər biri 14 milyon avro qonorar əldə edib.
Siyahıda BTS qrupunun üzvü Lisanın 10,4 milyon avro, Kim Kardaşyanın 9,3 milyon avro, Madonnanın isə 4,6 milyon avro qazandığı bildirilir. Həmçinin Bruklin Bekhemin 1,2 milyon avro, Syuzan Boylun isə 600 min avro qonorar aldığı vurğulanır.
Final oyununun fasiləsi üçün stadionda xüsusi səhnə qurulub. Proqramın açılışında Madonna braziliyalı futbol əfsanələri Ronaldinyo və Ronaldo Nazario ilə birlikdə səhnəyə çıxıb. Daha sonra Castin Biber, BTS, “Coldplay” və Şakira musiqi və rəqs nömrələri ilə tamaşaçılar qarşısında çıxış ediblər.
Qeyd edək ki, futbol qaydalarına əsasən, matçların fasiləsi 15 dəqiqə olsa da, dünya çempionatının finalındakı xüsusi şou proqramına görə bu müddət 28 dəqiqəyə qədər uzadılıb.



Bizim.Media

- A-
- A
- A+
Dünya
09:04 / 22.07.2026
28 dəqiqədə milyonlar qazandılar - Fotolar
Hazırda oxunan: 28 dəqiqədə milyonlar qazandılar - Fotolar
Hazırda oxunan: 28 dəqiqədə milyonlar qazandılar - Fotolar
626738
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































