Təcili yardımın həkim və sürücüsünü bıçaqladı

Təcili yardımın həkim və sürücüsünü bıçaqladı

Hazırda oxunan: Təcili yardımın həkim və sürücüsünü bıçaqladı

74265
Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Goranboy rayonunun Səfikürd kənd sakini, 1982-ci il təvəllüdlü Çıraqov Ramin Şəmsəddin oğlu 2 nəfəri bıçaqlayıb. 

Məlumata əsasən, ailə üzvləri R. Çıraqova təcili yardım çağırıblar. Buna etiraz olaraq R. Çıraqov həkim 1954-cü il təvəllüdlü  Cabbarova Əminə Əli qızı və sürücü, 1954-cü il təvəllüdlü Məmmədov Novruz Əli oğluna  bıçaq xəsarətləri yetirib. Yaralananlar Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Goranboy rayon polis şöbəsindən verilən məlumata görə, Ramin Çıraqov psixi xəstəlikdən əziyyət çəkir. Faktla bağlı araşdırma aparılır.(apa.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO