Baş Prokurorluqdan ağır cinayətlə bağlı açıqlama

Baş Prokurorluqdan ağır cinayətlə bağlı açıqlama

Hazırda oxunan: Baş Prokurorluqdan ağır cinayətlə bağlı açıqlama

32859

Nərimanov rayon prokurorluğu və rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyun 2013-cü il tarixdə qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən Moderator.az-a daxil olan xəbərə görə, iyunun 20-də üzərində kəsici-deşici xəsarətlərlə naməlum kişi meyitinin aşkar olunması faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan əməliyyat-istintaq hərəkətləri nəticəsində naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilərək onun 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Nağıyev Rasim Tağı oğlu olması müəyyən edilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Ələsgərov Zöhrab Məhəmməd oğlu avqustun 27-də tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO