Bakıda 272 kq narkotik vasitə ələ keçirildi

Bakıda 272 kq narkotik vasitə ələ keçirildi

Hazırda oxunan: Bakıda 272 kq narkotik vasitə ələ keçirildi

208835
Ötən il Bakıda narkotiklərlə bağlı aşkar edilmiş 802 fakt üzrə qanunsuz dövriyyədən 272 kiloqramdan çox narkotik vasitə çıxarılıb.

Moderator.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.

İdarə rəisi bildirib ki, 2016-cı illə müqayisədə paytaxtda yol-nəqliyyat hadisələrinin sayı 5,6 faiz, xəsarət alanların sayı isə 20 faiz azalıb. Həmçinin avtoxuliqanlıq edən 92 sürücü barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO