“Azərbaycan Gürcüstanın enerji təçhizatında əsas rol oynayır” – Gürcü nazir  

“Azərbaycan Gürcüstanın enerji təçhizatında əsas rol oynayır” – Gürcü nazir  

Hazırda oxunan: “Azərbaycan Gürcüstanın enerji təçhizatında əsas rol oynayır” – Gürcü nazir  
98155
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanda səfərdə olan energetika naziri Pərviz Şahbazov bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilib.

Məlumata görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyəli münasibətlər, siyasi dialoq və uğurlu enerji əməkdaşlığının mövcudluğu vurğulanıb.

Qlobal enerji layihələrinin birgə həyata keçirilməsi və Gürcüstanın enerji təhlükəsizliyinə davamlı töhfələr verilməsi strateji tərəfdaşlıq münasibətlərinin göstəricisi kimi qiymətləndirilib.
Baş nazir İrakli Qaribaşvili Azərbaycanı etibarlı strateji tərəfdaş və Gürcüstanın enerji təçhizatında əsas rol oynayan ölkə adlandırıb. Regionda sabitliyə və inkişafa xidmət edəcək enerji layihələri üzrə əməkdaşlığa dəstəyini ifadə edib.

Görüşdə Azərbaycan və Gürcüstanın enerji sistemlərinin ötürülmə imkanlarının artırılması, Azərbaycandan ixrac edilən elektrik enerjisinin Türkiyə və Avropa ölkələrinə nəqlinin təmin edilməsi ilə bağlı görülən işlər nəzərdən keçirilib.

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı özündə birləşdirəcək Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin reallaşdırılmasından irəli gələn məsələlər müzakirə edilib və bu layihənin ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açacağı qeyd edilib.
Söhbət zamanı ikitərəfli münasibətlərin qarşılıqlı maraq doğuran digər istiqamətləri, eləcə də qlobal enerji bazarlarındakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

“Azərbaycan Gürcüstanın enerji təçhizatında əsas rol oynayır” – Gürcü nazir   - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO