Azərbaycanın qeyri neft-qaz sektoruna investisiyalar 15 %-dək artıb

Azərbaycanın qeyri neft-qaz sektoruna investisiyalar 15 %-dək artıb

Hazırda oxunan: Azərbaycanın qeyri neft-qaz sektoruna investisiyalar 15 %-dək artıb
79004
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-may aylarında əsas kapitala 4 milyard 915,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 % az vəsait yönəldilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,6 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,6 % artıb. 

İstifadə olunmuş vəsaitin 2 milyard 829,6 milyon manatı və ya 57,6 %-i məhsul istehsalı sahələrinə, 1 milyard 799 milyon manatı (36,6 %-i) xidmət sahələrinə, 286,9 milyon manatı (5,8 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. 
Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 657,3 milyon manatını və ya 74,4 %-ni daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 534,4 milyon manatı və ya 71,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52 %, büdcə vəsaitləri 34,4 %, əhalinin şəxsi vəsaitləri 6,8 %, sair vəsaitlər 5,1 %, bank kreditləri isə 1,7 % təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO