KOBİA İordaniya Sənaye Palatası ilə əməkdaşlıq edəcək

KOBİA İordaniya Sənaye Palatası ilə əməkdaşlıq edəcək

Hazırda oxunan: KOBİA İordaniya Sənaye Palatası ilə əməkdaşlıq edəcək

70099

Əmmanda İordaniya-Azərbaycan iqtisadi və sərmayə biznes forumu keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İordaniya Biznesmenlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə iki ölkənin iş adamları iştirak ediblər.

Biznes forumunda Azərbaycanın və İordaniyanın iş adamları arasında əməkdaşlığın inkişafı, iqtisadiyyatın müxtəlif sahələrinə qarşılıqlı sərmayələrin qoyulması, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İordaniya Biznesmenlər Assosiasiyasının baş katibi Tariq Hicazi bu istiqamətdə atılacaq addımlardan bəhs ediblər.

Forum çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İordaniya Sənaye Palatasının sədri Fəthi Cağbir iki ölkənin orta və kiçik biznesi arasında əməkdaşlıq, qarşılıqlı sərmayələrə dair anlaşma memorandumu imzalayıblar.

Sənəddə sahibkarların qarşılıqlı səfərlərinin təşkili, seminarların və birgə sərgilərin keçirilməsi məsələləri də öz əksini tapıb.

Forumda iştirak edən Azərbaycan nümayəndə heyəti İordaniyanın investisiya naziri Xayri Amro ilə də görüşüb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İordaniya Biznesmenlər Assosiasiyasının baş katibi Tariq Hicazi və ölkəmizin İordaniyadakı səfiri Eldar Səlimovun iştirak etdikləri görüşdə iki dost ölkə arasında iqtisadi əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı sərmayələrin və birgə layihələrin hər iki ölkənin maraqlarına uyğun olduğu vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO