Azərbaycanda aqrar sığorta haqları 18 % artıb

Azərbaycanda aqrar sığorta haqları 18 % artıb

Hazırda oxunan: Azərbaycanda aqrar sığorta haqları 18 % artıb
592610
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2022-ci ildə Azərbaycanda toplanan aqrar sığorta haqlarının məbləği 13,699 milyon manat olub ki, bu da 2021-ci illə müqayisədə 18 % çoxdur.

Bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Firdovsi Ağaşirinov Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il bitkiçilik üzrə 8,773 milyon manat məbləğində sığorta haqqı yığılıb. Bu, 2021-ci illə müqayisədə 41 % çoxdur.

"Ölkənin ərzaq təhlükəsizliyi üçün strateji əhəmiyyət təşkil edən arpa və buğda bitkiləri üzrə 5,66 milyon manat sığorta haqqı yığılıb. Bu isə toplam sığorta haqqının 65 %-ni təşkil edir", - F. Ağaşirinov deyib.

O qeyd edib ki, aqrar sığorta sisteminin əhatə etdiyi fermer sayı 385 min olub: "2022-ci ildə sığortalanan fermer sayı 9 127 təşkil edib".

F. Ağaşirinov əlavə edib ki, Aqrar Sığorta Fondu aqrar sığorta bazarının əsas drayverinə çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO