Qızılın qiymətində yeni tarixi REKORD

Qızılın qiymətində yeni tarixi REKORD

Hazırda oxunan: Qızılın qiymətində yeni tarixi REKORD
586922
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gələn ilin fevral ayında çatdırılma üçün nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 500 dollar həddini keçib.

Bizim.Media xəbər verir ki, “Comex” birjasının məlumatına əsasən, Bakı vaxtı ilə saat 04:13-ə olan vəziyyətə görə qızılın bir troya unsiyasının qiyməti 2,57 faiz artaraq tarixi maksimum – 4 500,2 dollar təşkil edib.

Cəmi dörd dəqiqə sonra qızılın qiyməti daha da yüksələrək bir troya unsiyası üçün 4 500,9 dollara çatıb.

Qeyd edək ki, oktyabrın əvvəlində Nyu-York Ticarət Birjasında qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir troya unsiyası üçün 4 000 dollar həddini aşmışdı. Oktyabrın 15-də isə dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti növbəti rekordunu yeniləyərək bir troya unsiyası üçün 4 200 dollar (təxminən 31 qram) səviyyəsini keçmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO