Gömrük Komitəsinin məlumatına görə bu ilin ilk 3 ayında Azərbaycana 2 milyon 530 min 449.97 dollarlıq məhsul idxal olunub.
Bizim.Media xəbər verir ki, Azərbaycanın ən çox aldığı məhsullar arasında birinci yeri maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri təşkil edib ki, dəyəri 676 min 057.12 ABŞ dolları olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan nə alır, nə satır? – ÖZƏL
Adları açıqlanmayan digər idxal növünə isə 609 min 140.88 dollar sərf edilib. Bundan başqa Azərbaycan yanvar-mart ayları ərzində 268 min 664.99 dollarlıq nəqliyyat vasitəsi və ehtiyyat hissələrini alıb.
Ölkəmizə gətirilən əczaçılıq məhsullarının dəyəri isə 113 min 198.78 dollar hesablanır. Bundan başqa, Azərbaycan qara metallar və onlardan hazırlanan məmulatlara 163 min 543.44 dollar xərcləyib.
Ən çox idxal olunan digər məhsullar arasında meyvə-tərəvəz, buğda, yağlar, geyim və s. var.
Bizim.Media