“AzSığorta” ASC-nin gəlirləri 18,7 faiz AZALIB 

“AzSığorta” ASC-nin gəlirləri 18,7 faiz AZALIB 

Hazırda oxunan: “AzSığorta” ASC-nin gəlirləri 18,7 faiz AZALIB 
148345
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” ASC-nin sığorta haqları 1 milyon 105 min manat və ya 18,7 faiz  azalıb, ödənişləri isə 1 milyon 657 min manat və ya 30,10 faiz artıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın rüblük hesabatında əks olunub. 

Qeyd edək ki, cari dövrdə sığorta haqları 4 milyon 816 min manat, ötən il isə 5 milyon 921 min manat təşkil edib. Ödənişləri isə bu il 5 milyon 351 min manat, keçən il isə 3 milyon 694 min manat olub.  
Hesabatdan görünür ki, şirkətin builki xərcləri kifayət qədər artıb və sığorta haqlarından əldə etdiyi qazanc xərcini ödəyə bilmir və bir il ərzində vəsaitlərində kəskin azalma baş verir.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO