"Neft gec-tez tükənəcək, "Qazprom"un qaz ehtiyatları isə yüz il davam edəcək".
Bizim.Media RBK nəşrinə istinadən xəbər verir ki, bu barədə şirkətin direktorlar şurasının rəhbəri Viktor Zubkov Ümumrusiya Qaz Mühərrikləri Forumunda danışıb.
Onun sözlərinə görə, Rusiya şirkəti qaz ehtiyatlarına görə dünyanın bütün dövlət neft-qaz şirkətləri arasında liderlik edir:
"2022-ci ilin sonunda "Qazprom" Şirkətlər Qrupunun çıxarıla bilən ehtiyatları 35 trilyon kubmetr təşkil edib. Bu isə 100 illik qaz ehtiyatı deməkdir.
Hamımız bilirik ki, neft gec-tez tükənəcək. Bəs biz nəyə minəcəyik? Elektriklə işləyən avtomobillərə? Çoxları istəyir ki, elektromobil bazarı inkişaf etsin. Amma 100 illik qaz ehtiyatımız var. Bu, bütün iqtisadiyyatın onilliklər ərzində davamlı inkişafı üçün şərait yaradacaq”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:26 / 20.04.2023
Rusiyanın 100 illik qaz ehtiyatı var - "Qazprom"dan AÇIQLAMA
Hazırda oxunan: Rusiyanın 100 illik qaz ehtiyatı var - "Qazprom"dan AÇIQLAMA
Hazırda oxunan: Rusiyanın 100 illik qaz ehtiyatı var - "Qazprom"dan AÇIQLAMA
131875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.