Müştərilərinə ödəmə etməyən sığorta şirkətləri...

Müştərilərinə ödəmə etməyən sığorta şirkətləri...

Hazırda oxunan: Müştərilərinə ödəmə etməyən sığorta şirkətləri...

109486
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin noyabr ayı üzrə analiz işini yekunlaşdırıb. 

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. 

Mərkəz sığorta şirkətləri ilə bağlı noyabr ayı üzrə məlumatları təqdim edir.

2015-ci ilin noyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 1093 xəbər yerləşdirilib. Bunlardan 1063 xəbər neytral, 30 xəbər isə mənfidir. Mənfi xəbərlər arasında liderlər: Bakı Sığorta (13 xəbər), Atəşgah Sığorta (7 xəbər), A-Qroup (4 xəbər) ”“ mənfi xəbərlərin əsas mövzusu müştərilərə ödəmələrin ödənilməməsi ilə bağlıdır.

Xəbər sayına görə sıralama:

1. Paşa Sığorta 150 xəbər
2. Paşa Həyat Sığorta 121 xəbər
3. AzSığorta         94 xəbər
4. Atəşgah Sığorta 73 xəbər
5. Qala Həyat Sığorta 55 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 35 xəbər dərc edilib. Bu xəbərlərdən 32-i neytral, 3-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Dövlət Sığorta Kommersiya Şirkəti (1 xəbər), Atəşgah Sığorta (1 xəbər), və Bakı Sığorta (1 xəbər) şirkətlərinə məxsusdur . 

Xəbər sayına görə sıralama:

1. Paşa Həyat Sığorta         5 xəbər
2. Atəşgah Sığorta 4 xəbər
3. AzSığorta 4 xəbər
4. Paşa Sığorta 3 xəbər
5. ATA Sığorta 3 xəbər

Noyabr ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 3 xəbər göstərilib. Bu xəbərlərdən 3-ü də neytraldır və Paşa Həyat Sığorta şirkətinə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO