Romada keçirilən U-20 Avropa çempionatında yarışan Azərbaycan idmançısı Sabir Cəfərov qalmaqala səbəb olub.
Bizim.Media xəbər verir ki, yarışda uğurlu çıxış edən idmançı finala qədər irəliləyib.
O, həlledici görüşdə erməni güləşçisi Hayk Papikyana 3:2 hesabı ilə məğlub olub və gümüş medal əldə edib.
Lakin mükafatlandırma zamanı erməni himni səsləndirilərkən Sabir Cəfərov kürsünü tərk edib.
Məhz bu, böyük qalmaqala səbəb olub. Nəticədə təşkilatçılar Sabir Cəfərovu yarışdan kənarlaşdırıb və gümüş medalı əlindən alınıb.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti “Qafqazinfo.az”a açıqlamasında məsələyə münasibət bildirib:
“U-20 Avropa çempionatını təşkil edən Dünya Güləş Birliyinin öz qaydaları var. Azərbaycan millisinin güləşçisi Sabir Cəfərov qaydaları pozduğu üçün medalı əlindən alınıb”.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:02 / 04.07.2022
Güləşçimiz gümüş medalından məhrum edildi - Ermənistan himninə görə
Hazırda oxunan: Güləşçimiz gümüş medalından məhrum edildi - Ermənistan himninə görə
Hazırda oxunan: Güləşçimiz gümüş medalından məhrum edildi - Ermənistan himninə görə
82209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.