Monako Qran-Prisində Şumaxerin oğlunun avtomobili ikiyə bölündü – FOTO

Monako Qran-Prisində Şumaxerin oğlunun avtomobili ikiyə bölündü – FOTO

Hazırda oxunan: Monako Qran-Prisində Şumaxerin oğlunun avtomobili ikiyə bölündü – FOTO

76770

Mixael Şumaxerin oğlu, almaniyalı yarışçı Mik Şumaxer Monakoda keçirilən “Formula 1” yarışının növbəti mərhələsi zamanı qəza keçirib.

Bizim.Media xəbər verir ki, pilot avtomobilini beton səddə çırpıb.

Pilotun özü xoşbəxtlikdən xəsarət almasa da avtomobili iki yerə parçalanıb. Dərhal trasa təhlükəsizlik maşını daxil olub və yarış dayandırılıb. 

Xatırladaq ki, bu yeddiqat çempion Mixael Şumaxerin 23 yaşlı oğlu Mik Şumaxerin “Formula 1”-də ikinci mövsümüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO