Lamin Yamal Vinisius Juniorun rekordunu qırdı - VİDEO

Lamin Yamal Vinisius Juniorun rekordunu qırdı - VİDEO

Hazırda oxunan: Lamin Yamal Vinisius Juniorun rekordunu qırdı - VİDEO
637682
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Barselona"nın hücumçusu Lamin Yamal İspaniya çempionatının 7-ci turunda "Sevilya"ya qarşı keçirilən oyunun (3:1) yekunlarına əsasən növbəti nailiyyətə imza atıb.

Bizim.Media "Opta"ya istinadən xəbər verir ki, 19 yaşlı vinger iki məhsuldar ötürmə edərək Kataloniya komandasının heyətində bütün turnirlər üzrə assistlərinin ümumi sayını 159 matçda 51-ə çatdırıb.
 

Yamal yubiley - 50-ci məhsuldar ötürməsini 19 yaş 68 günlüyündə rəsmiləşdirib. Bu, onu ən azı 2013/14 mövsümündən (statistikaların toplanmağa başladığı vaxtdan) bəri bu göstəriciyə çatan ən gənc La Liqa oyunçusu edib.


Əvvəlki rekord Vinisius Juniora məxsus idi. Braziliyalı "Real Madrid"in heyətində 50-ci məhsuldar ötürməsini 2023-cü ilin mayında 22 yaş 298 günlüyündə edib.

51 məhsuldar ötürmə ilə yanaşı, Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 57 qol vurub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO