"Real Madrid"də baş məşqçi məsələsi ilə bağlı fikir ayrılığı yaranıb

Hazırda oxunan: "Real Madrid"də baş məşqçi məsələsi ilə bağlı fikir ayrılığı yaranıb

619336

İspaniyanın "Real Madrid" klubunun rəhbərliyində baş məşqçi məsələsi ilə bağlı fikir ayrılığı yaranıb.

Madrid təmsilçisinin prezidenti Florentino Peres Karlo Ançelotti ilə yollar ayrılacağı təqdirdə, Maurisio Poçettinonu bu posta gətirmək istəyir.

"Kral klubu"nun digər rəsmilərinin əksəriyyəti isə hazırda gənclər komandasında işləyən Raul Qonsalesi həmin vəzifəyə layiq görür.

Son qərarı Peresin verəcəyi vurğulanıb.

Qeyd edək ki, Maurisio Poçettino 2022-ci ilin yayında Fransa PSJ-sindən ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO