Amerika Birləşmiş Ştatları İranın yeni olduğu iddia edilən nüvə obyektinə zərbə endirmək niyyətindədir.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Tramp yeni zərbə endirmək niyyəti barədə Ağ Evdə Livan Prezidenti Cozef Aun ilə keçirdiyi görüşdə bəyan edib.
"Biz həmin məkanı vuracağıq. Onların nüvə (silahı) barədə xəyal belə qurduqları hər bir məkana çox güclü zərbələr endirəcəyik", – deyə o bildirib.
Bundan əvvəl "Axios" nəşri məlumat yaymışdı ki, Prezident Tramp regiondakı vasitəçilərin təklif etdiyi İranla 10 günlük atəşkəs ilə münaqişənin daha da gərginləşməsi variantları arasında seçim edir. Qətər, Misir, Pakistan və digər regional vasitəçilər ABŞ və İrana atəşkəs təklifi təqdim ediblər. ABŞ administrasiyasında bu təklif hazırda nəzərdən keçirilir.
Bizim.Media





































































































