Fransız diplomatların saxlanılmasına Əraqçinin CAVABI

Fransız diplomatların saxlanılmasına Əraqçinin CAVABI

Hazırda oxunan: Fransız diplomatların saxlanılmasına Əraqçinin CAVABI
626698
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran fransız diplomatların saxlanılmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı Tehrandakı iki fransız diplomatın diplomatik normalara zidd olan hərəkətləri ilə bağlı etirazını bildirib.

O, bu cür davranışın qəbuledilməz olduğunu deyib və vurğulayıb ki, ölkənin qanun və qaydalarına riayət olunmalıdır:
 

"Eləcə də diplomatik prinsip və normalara sadiqlik xarici nümayəndəliklərin fəaliyyətinin davam etməsi üçün zəruri şərtdir".


Əraqçi bu kimi hərəkətlərin təkrarlanmasının qarşısını almağa və Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməsinə çağırıb.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro iyulun 20-də iki fransız diplomatın İran təhlükəsizlik qüvvələri tərəfindən "son dərəcə ciddi hədə-qorxu aktına" məruz qaldığını bildirib. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO