Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Hazırda oxunan: Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

626725

Ukrayna Silahlı Qüvvələrinin (USQ) yeni baş komandanı Mixail Drapatı olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat yayıb.

"Mixail, Yevgeni Xmara və Pavel Palisa ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının konfiqurasiyasının necə yenilənməli olduğunu müəyyən etdik", – deyə dövlət başçısı bildirib.

Zelenski 2024-cü ildən bəri baş komandan vəzifəsini tutan Aleksandr Sırskiyə gördüyü işlərə görə təşəkkür edib.
 

Qeyd edək ki, Drapatı general-mayor rütbəsinə malikdir. O, 2016-cı ildən 2019-cu ilə qədər 58-ci əlahiddə motopiyada briqadasına, 2024-cü ilin sentyabr-noyabr aylarında "Luqansk" operativ-taktiki qrupuna, 2025-ci ilin yanvarından isə "Xortitsa" operativ-strateji qoşun qrupuna komandanlıq edib.


Mixail Drapatı həmçinin 2024-cü il noyabrın 29-dan 2025-ci il iyunun 1-nə qədər Ukrayna Quru Qoşunlarının komandanı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO