"Neftçi" 6-cı dəfə kubokun sahibi oldu!

Hazırda oxunan: "Neftçi" 6-cı dəfə kubokun sahibi oldu!

46595
Moderator.az-ın "Apasport.az"a istinadən verdiyi xəbərə görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda bakılılar 6-cı dəfə ölkə kubokunu qazanıblar.

 Hesabı ikinci hissədə "Neftçi" futbolçuları açıb. 52-ci dəqiqədə Samir Məsimov rəqib qapısının torunu silkələyib. Bundan sonra irəli atılan "Qəbələ" 72-ci dəqiqədə bərabərlik qolu vurub. Cavab qolunun müəllifi Marat İzmaylov olub.
 Əlavə edilən vaxtda komandalardan heç biri qol vura bilməyib. Penaltilər seriyasında isə "Neftçi" daha dəqiq olub.
 Bununla da, "Neftçi" tarixində 6-cı dəfə Azərbaycan kubokunun sahibi olub. Bakılılar artıq ikinci mövsüm dalbadal kuboku başları üzərinə qaldırırlar.
 Finalın qalibi Avropa Liqasına II təsnifat mərhələsindən başlamaq hüququ da əldə edir. Məğlub komanda isə I təsnifatdan yarışa qatılacaq.
 Bundan başqa, qalib Azərbaycan Superkubokunda oynamaq imkanı qazanıb. Bu ilin payızında keçirilməli olan qarşılaşmada "Neftçi" ölkə çempionu “Qarabağ”la üz-üzə gələcək.
 Azərbaycan kuboku

Final

“Qəbələ” ”“ “Neftçi” - 1:1  Penaltilər: 2:3
 Qollar:  Marat İzmaylov, 71 - Samir Məsimov, 52
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Rauf Cabbarov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO