“Qalatasaray” - “Napoli” danışıqlarında SON DURUM

“Qalatasaray” - “Napoli” danışıqlarında SON DURUM

Hazırda oxunan: “Qalatasaray” - “Napoli” danışıqlarında SON DURUM
258692
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qalatasaray” “Napoli”nin hücumçusu Viktor Osimhenin transfer hüquqlarını almaq istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında məlumat verib.

Türkiyə klubu artıq “Napoli”yə 50 milyon avroluq təklif göndərib, əlavə 5 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub. Lakin İtaliya çempionu bu məbləği az hesab edir və daha yüksək təklif gözləyir. Futbolçunun özü İstanbul təmsilçisində oynamaq istəsə də, hər şey klublar arasındakı danışıqların nəticəsindən asılı olacaq.
 

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da vəziyyəti izləyir. Onlar 75 milyon avro transfer haqqı ödəməyə hazırdır. Amma futbolçunun özü ilə razılıq əldə olunmayıb.


Keçən mövsüm 26 yaşlı hücumçu “Qalatasaray”da icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 41 oyunda iştirak edib, 37 qol vurub və 8 məhsuldar ötürmə verib. Futbolçunun “Napoli” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO