«Araz Naxçıvan”ın Çempionlar Liqasındakı rəqibləri MÜƏYYƏNLƏŞDİ

«Araz Naxçıvan”ın Çempionlar Liqasındakı rəqibləri MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: «Araz Naxçıvan”ın Çempionlar Liqasındakı rəqibləri MÜƏYYƏNLƏŞDİ
258047
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutan mərasimdə “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib. Azərbaycan çempionu F qrupunda “Ljuti” (Avstriya), PYF (Şotlandiya) və “Sparta” (Şimali İrlandiya) komandalarına rəqib olub. Oyunlar avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək.
 

İlkin mərhələdə ümumilikdə 32 komanda 8 qrupda mübarizə aparacaq və ancaq qrup qalibləri əsas mərhələyə vəsiqə qazanacaq. Onlar B yolundakı qruplara səpələnəcək. A yolundakı 4 qrupun hər birindən 3, B yolundakı 4 qrupdan isə ancaq liderlə mübarizəni davam etdirmək hüququ qazanacaq. Əsas mərhələnin oyunları oktyabrın 26-dan noyabrın 2-dək baş tutacaq.


Qeyd edək ki, cari mövsümdə elit-raund olmayacaq. Oyunlar ilk dəfə fərqli formatda keçiriləcək. Əsas mərhələdən sonra komandalar 1/8 və 1/4 finalda iştirak edəcəklər.

B yolunun qalibləri və A yolunun 3-cüləri A qrupunun birinci və ikinci pilləni tutmuş klubları ilə üz-üzə gələcəklər. Qalib ev-səfər olmaqla 2 oyunun ümumi nəticəsinə əsasən müəyyənləşəcək. Cütlüklər püşkatma yolu ilə dəqiqləşəcək. Püşkatma noyabrın 6-da, oyunlar isə noyabrın 24-də və dekabrın 5-də keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO