Van Deyk ABŞ-ı SEÇDİ

Van Deyk ABŞ-ı SEÇDİ

Hazırda oxunan: Van Deyk ABŞ-ı SEÇDİ
239994
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Liverpul"un müdafiəçisi və kapitanı Vircil van Deyk karyerasını MLS-də davam etdirməyə yaxındır.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 

Van Deyk Səudiyyə Ərəbistanından gələn sərfəli təklifə baxmayaraq, MLS klubunlarından birinə keçməyə meyllidir.

“Liverpul” Dortmund “Borussiya”sının 25 yaşlı mərkəz müdafiəçisi Niko Şlotterbeki van Deykin əvəzedicisi kimi nəzərdən keçirir. "Mersisaydlılar" futbolçunu 50 milyon avroya almağa ümid edirlər.
 

Daha əvvəl mətbuatda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun İngiltərə təmsilçisinin kapitanına ilkin olaraq 20 milyon avrodan çox təklif etdiyi barədə məlumat yayılmışdı.


Vircil van Deyk 2018-ci ilin yanvarından "Liverpul"da çıxış edir. Bu mövsüm 33 yaşlı müdafiəçi İngiltərə klubunun heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO