Premyer Liqanın iki klubu BİRLƏŞDİ

Premyer Liqanın iki klubu BİRLƏŞDİ

Hazırda oxunan: Premyer Liqanın iki klubu BİRLƏŞDİ
228012
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Premyer Liqasının 2 təmsilçisi birgə bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, “Karpatı” və “Rux” klubu birləşdiklərini elan ediblər. Hər iki klub Lvovu təmsil edir. Hazırda onlar turnir cədvəlində qonşu pillələrdədirlər.

Qərar 2025/26 mövsümündən qüvvəyə minəcək. Hazırkı mövsümü isə klublar ayrıca başa vuracaqlar.

Klubun əsas bazası “Karpatı”nın heyəti ilə formalaşacaq, “Rux” isə 2025-ci ilin yayından akademiyanın fəaliyyəti ilə məşğul olacaq.

“Çətin dövrümüzdə belə bir məqsəd qeyri-standart hərəkətlər və həllər tələb edir. Məhz buna görə də hər iki klubun təsisçiləri və rəhbərləri “Karpatı” futbol klubunu inkişaf etdirmək üçün güclərini birləşdirməyə qərar veriblər” - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, hazırda “Karpatı” Ukrayna Premyer Liqasında 17 oyundan 24 xalla 6-cı, “Rux” isə 23 xalla 7-ci yeri tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO