
- A-
- A
- A+
İdman
10:28 / 23.12.2024
1 dəq oxunma
“Qarabağ” 2024-cü ilin ən yaxşı komandası oldu
Hazırda oxunan: “Qarabağ” 2024-cü ilin ən yaxşı komandası oldu
226528
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu il Misli Premyer Liqasında 180 oyun keçirilib.
Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2023/2024-cü illər mövsümünün ikinci, cari çempionatın ilk yarısını əhatə edən bu matçlarda 472 qol vurulub.
9 komanda hər iki mövsümdə, “Qəbələ” və “Şamaxı” yarım il ərzində Premyer Liqada mübarizə aparıb.
İlin ən yaxşısı “Qarabağ” olub. 36 matçda 89 xal toplayan Qurban Qurbanovun başçılıq etdiyi komanda böyük fərqlə digərlərini üstələyib. 28 qələbəsi olan Ağdam klubu qol sayında “100”ün bir addımlığında qalıb.
“Sabah” ikinci, “Zirə” üçüncü göstəriciyə malikdir. “Qartallar” 36 oyun keçirənlər arasında ən az top buraxan komandadır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






























































































