Azərbaycanlı idmançı 4 illik cəza aldı

Azərbaycanlı idmançı 4 illik cəza aldı

Hazırda oxunan: Azərbaycanlı idmançı 4 illik cəza aldı
212239
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azərbaycanın daha 1 idmançısında dopinq aşkarlanıb. Apasport.az Azərbaycan Milli Antidopinq Federasiyasının (AMADA) rəsmi saytına istinadən məlumat verir ki, bu dəfə həndbol üzrə Azərbaycan millisinin üzvü Səbinə Nuriyevanın dopinq-testi müsbət nəticə verib.

33 yaşlı qapıçıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu üzə çıxıb. Nuriyevanın orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb. Bu səbəbdən də AMADA "Azəryol"un həndbolçunu 4 illik müddətə yarışlardan diskvalifikasiya edib.

IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Nuriyevanın cəza müddəti ötən ilin 23 oktyabrın hesablanmağa başlayıb və 2021-cu il oktyabrın 23-də bitəcək.

Qeyd edək ki, Nuriyevayadək daha 4 idmançımız dopinq-testdə "ilişdiyi" üçün AMADA-nın cəzası ilə üzləşib.(lent.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO