“Barselona” Xavi ilə yollarını ayıracaq - QƏRAR VERİLDİ

“Barselona” Xavi ilə yollarını ayıracaq - QƏRAR VERİLDİ

Hazırda oxunan: “Barselona” Xavi ilə yollarını ayıracaq - QƏRAR VERİLDİ

193656

İspaniyanın “Barselona” komandası baş məşqçi Xavi Ernandeslə bağlı qərarını verib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu 44 yaşlı mütəxəssislə yollarını ayıracaq.

Rəhbərlik gələn həftə bu barədə ispaniyalı çalışdırıcı ilə rəsmi görüş keçirəcək.

Artıq “Barselona”nın yeni baş məşqçisi də məlumdur. İspaniya nəhəngi almaniyalı Hans-Diter Fliklə anlaşıb. Tərəflər arasında 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, “Barselona” Xavi Ernandesin rəhbərliyi altında La Liqada mövsümün bitməsinə 1 tur qalmış 82 xalla ikinci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO