“Real” Krossla yeni müqavilə imzalayacaq

Hazırda oxunan: “Real” Krossla yeni müqavilə imzalayacaq

184452

"Real" müqaviləsi mövsümün sonunda başa çatan Toni Krossu komandada saxlayacaq. 

Bizim.Media xəbər verir ki, Madrid təmsilçisi alman yarımmüdafiəçi ilə yeni müqavilə barədə razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

34 yaşlı orta xətt oyunçusunun sözləşməsi 2025-ci ilin yayına kimi uzadılacaq.

Qeyd edək ki, "Real" Toni Kroosu 2014-cü ilin yayında "Bavariya"dan transfer edib. Almaniya millisinin üzvü "kral klubu"nun heyətində keçirdiyi 455 rəsmi matçda 28 qol və 96 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO