Güləşçimizin Avropa çempionatında uğursuz çıxışının səbəbi BİLİNDİ

Güləşçimizin Avropa çempionatında uğursuz çıxışının səbəbi BİLİNDİ

Hazırda oxunan: Güləşçimizin Avropa çempionatında uğursuz çıxışının səbəbi BİLİNDİ
178359
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatındakı uğursuz çıxışının səbəbi bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə 28 yaşlı idmançı Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

77 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, qitə birinciliyi ərəfəsində aldığı zədə səbəbindən məşq edə bilməyib: 

“Yarışa beş gün qalmış belimin yuxarı hissəsindəki yırtıqda kəskin ağrı oldu. L4, L5 və S1 disklərdə də sürüşmə və yırtıq var. Ancaq bunların heç birini məğlubiyyətimə bəhanə göstərmək istəmirəm. Hələ Buxarestdə olduğum üçün müalicə prosesinin nə qədər çəkəcəyini deyə bilmirəm. Sol çiynim və sol dizimdə də müəyyən ağrılar var. Belimdəki zədə ümumiyətlə sağalacaq vəziyyətdə deyil. Bu, ömürlük zədədir. Sadəcə ağrıları müalicə yolu ilə azaltmaq mümkün olur. Artıq bu zədələrlə yaşamağa alışmışam”, - deyə güləşçi bildirib.

Qeyd edək ki, Sənan Süleymanov Avropa çempionatında keçirdiyi ilk görüşdə Almaniya təmsilçisi İdris İbayevə 8:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda xorvatiyalı Antonio Kamenyaseviçə məğlub olub - 1:3.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO