Daha bir atletimiz Avropa çempionatında 3 qızıl medal QAZANDI

Daha bir atletimiz Avropa çempionatında 3 qızıl medal QAZANDI

Hazırda oxunan: Daha bir atletimiz Avropa çempionatında 3 qızıl medal QAZANDI

145089

Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir.

Bizim.Media xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. 

Onların arasında Azərbaycan yığmasının üzvləri də var.  Bu dəfə körpücük üzərinə Hüseyn Heydərov çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 81 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 118 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birincilyinin qızıl medalına layiq görülüb. 
O, təkanla qaldırma hərəkətində uğurlu çıxışla yadda qalıb. Hüseyn 139 kq-ı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub.

Toplam 257 kq (118+139) nəticə göstərən Heydərov yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO