“Kəpəz”dən gedəcək futbolçular müəyyənləşdi

Hazırda oxunan: “Kəpəz”dən gedəcək futbolçular müəyyənləşdi

136960

"Kəpəz"in cari mövsüm bitəndən sonra yollarını ayıracağı futbolçular artıq dəqiqləşib.

Bizim.Media xəbər verir ki, bunlar qış fasiləsində gələrək əsas heyətə düşə bilməyən, ehtiyatda qalan ümumilikdə 5 futbolçudur.  

Söhbət legionerlərdən xorvatiyalı qapıçı Mario Mustapiçlə fransalı hücumçu Salif Sissedən gedir. Bunlar gəncəlilərin qış transferləridir.

Yerli futbolçular isə əsas kapitan olan cinah müdafiəçisi Tural Axundov və qış fasiləsində əvəzedici heyətə göndərilən qapıçı Kamran İbrahimovla mərkəz müdafiəçisi Elvin Yunuszadədir.  

Tural qışdan bu yana 1 dəqiqə belə oynamayıb, digər ikisi isə baş məşqçi Tərlan Əhmədov tərəfindən qışadək əsas komandadan uzaqlaşdıırlan, müqavilələri olduqlarına görə əvəzedici heyətdə çıxış etməyi üstün tutanlardır.  
Bu futbolçuların hamısının müqaviləsi cari mövsümün sonunda bitir və "Kəpəz" artıq addi yükü daşımamaq üçün oynamayaları saxlamayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO