Yumurtanı rahat soymağın sirri

Yumurtanı rahat soymağın sirri

Hazırda oxunan: Yumurtanı rahat soymağın sirri

642446

Səhər yeməklərinin əvəzolunmazı olan qaynadılmış yumurtanı hazırlayarkən edilən kiçik səhvlər qabığın soyulmasını çətinləşdirir və yumurtanın çatlamasına səbəb olur.

Bizim.Media xəbər verir ki, bir neçə sadə qaydaya əməl etməklə həm bişirmə prosesini, həm də soyulmasını asanlaşdırmaq mümkündür:

Bişmə müddəti

Yumurtanın sarısının axıcı və ya tam bərk olması qaynama müddətindən asılıdır:

Yumşaq sarı üçün: Su qaynayandan sonra təxminən 6-7 dəqiqə.

Bərk sarı üçün: 9-12 dəqiqə qaynatmaq kifayətdir.

Çatlamanın qarşısını almaq üçün

Suyun həddindən artıq güclü qaynaması və yumurtaların qazanda bir-birinə dəyməsi çatlama riskini artırır. Yumurtaları qazana ehtiyatla yerləşdirmək və suyu nəzarətli şəkildə qaynatmaq lazımdır.

Ən vacib mərhələ: Soyuq su vannası

Yumurta bişdikdən dərhal sonra onu soyuq suya salmaq vacibdir. Bu addım həm yumurtanın öz istisi ilə bişməyə davam etməsinin qarşısını alır, həm də qabığın daxildən ayrılmasını təmin edərək soyma prosesini son dərəcə asanlaşdırır. Yumurtaları bişdikdən sonra isti suda saxlamamaq tövsiyə olunur. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO