Cinayət törədən gənclərin sayında KƏSKİN AZALMA

Cinayət törədən gənclərin sayında KƏSKİN AZALMA

Hazırda oxunan: Cinayət törədən gənclərin sayında KƏSKİN AZALMA

642420

Azərbaycanda cinayət törədən 14–29 yaşlı gənclərin sayı son 15 ildə azalıb.

Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2010-cu ildə cinayət törətmiş 14–29 yaşlı şəxslərin sayı 7 076 nəfər olduğu halda, 2025-ci ildə bu göstərici 5 581 nəfərə düşüb.

Beləliklə, 15 il ərzində cinayət törədən gənclərin sayı 1 495 nəfər və ya təxminən 21,1 faiz azalıb.

Eyni zamanda, gənclərin ümumi cinayət törədən şəxslər arasında payında da azalma qeydə alınıb. Belə ki, 2010-cu ildə 14–29 yaşlı şəxslər cinayət törədənlərin 37,9 faizini təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 26,5 faizə enib.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO