Metronun "20 Sentyabr" stansiyasında qatarlar necə hərəkət edəcək? – VİDEO

Metronun "20 Sentyabr" stansiyasında qatarlar necə hərəkət edəcək? – VİDEO

Hazırda oxunan: Metronun "20 Sentyabr" stansiyasında qatarlar necə hərəkət edəcək? – VİDEO

642432

Sosial şəbəkədə metronun "20 Sentyabr" stansiyasının səsləndirməsinə aid olduğu bildirilən video yayılıb. Paylaşılan video müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov məsələ ilə bağlı oxu.az-a açıqlamasında bildirib ki, yayılan səsləndirmə quruma aid deyil.

Bəxtiyar Məmmədov "20 Sentyabr" stansiyasında tikinti işlərinin planlı şəkildə davam etdirildiyini və hazırda son tamamlama mərhələsinin həyata keçirildiyini deyib.

Onun sözlərinə görə, stansiyada memarlıq işlərinə başlanılıb, infrastrukturun qurulması prosesi də davam edir.

Bəxtiyar Məmmədov əlavə edib ki, layihəyə əsasən, "20 Sentyabr" stansiyasında qatarlar istiqamətini dəyişərək əks istiqamətdə hərəkət edəcəklər:

 

"Bunun üçün stansiyanın arxasında ayrıca dönmə kamerası nəzərdə tutulmayıb. Belə bir qurğu layihəyə uyğun olaraq 8 Noyabr stansiyasının arxasında mövcuddur".


Xatırladaq ki, sentyabrın 4-ü Bakıda yeni metro stansiyasının "20 Sentyabr" adlandırılması ilə bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyasına "20 Sentyabr" adı verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO