Zelenski: “Putinə döyüşmək üçün yeni iradə verməkdənsə, onu dayandırmaq daha yaxşıdır”

Zelenski: “Putinə döyüşmək üçün yeni iradə verməkdənsə, onu dayandırmaq daha yaxşıdır”

Hazırda oxunan: Zelenski: “Putinə döyüşmək üçün yeni iradə verməkdənsə, onu dayandırmaq daha yaxşıdır”

642457

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan gələn seçki çağırışlarına sakit yanaşdığını, lakin mövcud şəraitdə bu barədə danışmağın böyük bir səhv olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, “Financial Times” nəşrinə müsahibə verən Zelenski vurğulayıb ki, hazırda müharibə şəraitində seçkilərdən bəhs etmək sadəcə ritorikadır:

 

“Şəxsən hesab edirəm ki, indi bu haqda danışmaq səhvdir, çünki bu, məni dəstəkləmək deyil. Düşünürəm ki, amerikalıların özlərinə də bu ritorika xoş gəlməyəcək. Mən bu kreslodan yapışmıram. 40 il prezident olacağam? O nə sözdür, heç vaxt", — deyə Zelenski qeyd edib.

 

Zelenski həmçinin xəbərdarlıq edib ki, Avropa, ABŞ və Ukrayna arasında hər hansı parçalanma Rusiya Prezidenti Vladimir Putinə öz xalqını səfərbər etməyə və qalib gəldiyi təəssüratını yaratmağa şərait yaradır:

"Təəssüf ki, bu texnoloji müharibədə Birləşmiş Ştatlar Putinə kömək etdi. ABŞ tərəfindən atılan bu addımlar bizim üçün təhlükəli idi. Kəşfiyyat məlumatları və Starlink-lə bağlı çıxış yolu tapacağıq. Amma Putinə yeni nəfəs və ya döyüşmək üçün yeni iradə verməkdənsə, onu dayandırmaq daha yaxşıdır", — deyə Ukrayna lideri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO