Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Hazırda oxunan: Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

642469

Telegram messencerində kanallardakı paylaşımlar üçün ayrıca “Xəbərlər” bölməsi yaradıla bilər.

Bizim.Media xəbər verir ki, “Kod.ru” nəşrinin məlumatına görə, bu yenilik messencerin macOS üçün beta versiyasında aşkarlanıb.

Beta versiyada səsli mesajı yazarkən onu mətnə çevirmək funksiyası da əlavə edilib. İstifadəçi yazılan mətni redaktə edə və adi mesaj kimi göndərə bilər.
 

Yeni “Xəbərlər” bölməsində bir neçə funksiya nəzərdə tutulub. “Əlavə edilənlər” bölməsində istifadəçilər istədikləri kanalları seçərək öz lentlərini yarada, ehtiyac duymadıqlarını isə silə biləcəklər.


“Sizin üçün” bölməsində isə istifadəçilər maraqlandıqları kateqoriyaları seçə biləcəklər. Hər kateqoriyanın öz adı və emojisi olacaq. Bu seçimləri sonradan dəyişmək də mümkün olacaq.

Bundan başqa, lentdə axtarış, yeni paylaşımların sayğacı və oxunma qeydi funksiyaları yer alacaq. İstifadəçilər birbaşa lentdən paylaşım, kanal və ya söhbətə keçə biləcəklər.

Tövsiyələrin hansı prinsiplə formalaşdırılacağı və istifadəçinin abunə olmadığı kanalların da bu lentdə görünüb-görünməyəcəyi hələlik məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO