Səudiyyə Ərəbistanının aviaşirkətləri Ər-Riyaddan 100 təyyarəni təxliyə etdi

Səudiyyə Ərəbistanının aviaşirkətləri Ər-Riyaddan 100 təyyarəni təxliyə etdi

Hazırda oxunan: Səudiyyə Ərəbistanının aviaşirkətləri Ər-Riyaddan 100 təyyarəni təxliyə etdi

642426

Husilərinin intensivləşən raket və PUA hücumları Səudiyyə Ərəbistanını təcili tədbirlər görməyə məcbur edib. Ölkənin aparıcı aviaşirkətləri təyyarələrini paytaxt Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanından təxliyə ediblər.

Bizim.Media xəbər verir ki, The Wall Street Journal (WSJ) nəşrinin Reuters agentliyinə və "Flightradar24" xidmətinin məlumatlarına istinadən yazdığına görə, son bir həftə ərzində adıçəkilən hava limanında park edilən hava gəmilərinin sayı 134-dən 38-ə qədər azalıb.

Təhlükə altında olan aviasiya texnikasının ümumi dəyəri təxminən 4 milyard dollar qiymətləndirilir.

Sığorta şirkətinin daxili hesabatına əsasən, hücumlar nəticəsində artıq 5 təyyarə zədələnib, onlardan biri isə tamamilə sıradan çıxaraq (silinərək) istismardan çıxarılıb. İlkin qiymətləndirmələrə görə, dəyən maddi zərər 375 milyon dollar təşkil edir.

Husilərin davam edən hücumları səbəbindən Ər-Riyad hava limanının bağlanma müddəti oktyabrın 17-dək uzadılıb, reyslər ləğv edilib.

Gərginlik təkcə hava limanları ilə məhdudlaşmır. Oktyabrın 13-ü axşam saatlarında husilər tərəfindən atılan ballistik raket Dəhran şəhərində yerləşən dövlət neft nəhəngi Saudi Aramco şirkətinin qərargahına düşüb. Reuters-in mənbəsinə görə, zərbə nəticəsində baş direktor Amin Nasserin kabinetinin də yerləşdiyi binanın yuxarı üç mərtəbəsi zədələnib. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi binada yanğın baş verdiyini təsdiqləsə də, ölən və ya yaralananların olmadığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO