Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı

Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı

Hazırda oxunan: Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı

642454

Abşeron rayonunda qaynını bıçaqlamaqda təqsirləndirilən Nihad Məmmədovun (ad və soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nihad Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, Nihad qaynı Əsədi bıçaqlamaqda təqsirləndirilib. Belə ki, Nihad Əsədin bacısı ilə ailə qurub və əvvəllər ailələr arasında münasibət normal olub. Bir müddətdən sonra Əsəd Nihadın bacısı ilə tanış olmaq istəyib və ona mesajlar yazıb. Bu məsələdən Nihad və onun ailə üzvləri xəbər tutduqdan sonra ailələr arasında münasibət pozulub.

 

Lakin Əsəd yenə də qıza sevgi mesajları yazmaqda davam edib. Nəticədə Nihad həyat yoldaşı ilə boşanma həddinə çatıb. Nihadın həyat yoldaşı qardaşının tərəfini tutaraq ata evinə yollanıb və cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.


Əsəd və atası qohumları ilə birlikdə Nihadın atasının evinə gələrək gəlinin cehizlərini aparmaq istəyiblər. Bundan xəbər tutan Nihad ata evinə gələrək Əsədi bıçaqlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Nihad saxlanılıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO