Mariya Stadnik 35 saniyəyə qızıl medal qazandı

Mariya Stadnik 35 saniyəyə qızıl medal qazandı

Hazırda oxunan: Mariya Stadnik 35 saniyəyə qızıl medal qazandı
123925
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dan Kolov - Nikola Petrov turnirinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, yarışın son günündə Azərbaycanın iki güləşçisi final görüşünə çıxıb.

Mariya Stadnikin (50 kq) qazaxıstanlı Svetlana Ankiçevayla qarşılaşması cəmi 35 saniyə çəkib.

Qadınlardan ibarət yığmanın lideri rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək cari ildə ilk titulunu qazanıb.

125 kq-da çıxış edən sərbəst güləşçi Georgi Meşvildişvili isə həlledici görüşdə iranlı Mustafa Tağaniylə üz-üzə gəlib. İlk hissəni 2:0 öndə tamamlayan milli üzvü ikinci yarıda üstünlüyünü bir qədər də artırıb. Yekunda 7:2 hesablı qələbə qazanan Meşvildişvili fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan güləşçiləri ənənəvi yarışda ümumilikdə 4 medal qazanıblar.

Daha öncə sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medal əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO