“Konyaspor” Mahiri rəsmən təqdim etdi - FOTO 

“Konyaspor” Mahiri rəsmən təqdim etdi - FOTO 

Hazırda oxunan: “Konyaspor” Mahiri rəsmən təqdim etdi - FOTO 
123680
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Konyaspor" Zaqreb "Dinamo"sundan icarəyə götürdüyü Mahir Emrelini rəsmən təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə klub rəsmi sosial şəbəkə səhifəsi vasitəsi  ilə məlumat yayıb.

Məlumatda bildirilir:

“Konyaspor” daha öncə anlaşdığı Mahir Emreli ilə imzalanma mərasimi keçirdi. Klubumuz “Dinamo” Zaqrebə məxsus olan istedadlı hücumçu ilə yarımmövsümlük müqavilə imzaladı.  Emreli komandamızda 19 nömrəli forma geyinəcək”.
Millimizin üzvü ilə yanaşı, digər yeni transferlər Metehan Mert, Alejandro Pozuelo və Marlos Moreno üçün imzalanma mərasimi təşkil olunub.

İmzalanma mərasimindən sonra yeni transferlər klubun forması ilə şəkil çəkdiriblər. M.Emreli yeni forma ilə əsgər salamı verib.

Qeyd edək ki, "Konyaspor" M.Emrelini fevralın 14-ü bu mövsümün sonuna kimi icarəyə götürmüşdü. Ancaq Türkiyədə zəlzələ səbəbindən təqdimetmə mərasimi təxirə salınmışdı.

Bizim.Media

“Konyaspor” Mahiri rəsmən təqdim etdi - FOTO  - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO