"Mən maşın və ya heyvan deyiləm" – Levandovski QƏZƏBLƏNDİ 

Hazırda oxunan: "Mən maşın və ya heyvan deyiləm" – Levandovski QƏZƏBLƏNDİ 

101350

"Barselona"nın futbolçusu Robert Levandovski üzləşdiyi psixoloji çətinliklərdən danışıb. 

Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçu deyib: 

“Qol vura, gözəl matç keçirə bilərsən. Amma sonra səviyyəniz aşağı da düşə bilər. Amma çox gözləyə bilmərəm. Əgər dayanıb desəniz ki, mən ən yaxşıyam", onda heç nə işləməyəcək.

Balaca olanda çox qol vurdum, amma bu, məni heç qane etmirdi. Düzünü desəm, mənfi emosiyalar tapşırıqların yerinə yetirilməsinə mane ola bilər.

Ətrafda baş verənlərdən asılı olmayaraq, bacardığımı edə bilmək üçün əsl psixoloji iş görməliyəm. Mən maşın və ya heyvan deyiləm, problemləri və pis günləri olan bir insanam. Bu, çox vaxt unudulur”. 

Qeyd edək ki, Levandovski bu yay "Bavariya"dan "Barselona"ya transfer olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO