Bakıda 3 nəfəri elektrik cərəyanı vurub

Bakıda 3 nəfəri elektrik cərəyanı vurub

Hazırda oxunan: Bakıda 3 nəfəri elektrik cərəyanı vurub

75905
Ötən gecə iki yeniyetməni elektrik cərəyanı vurub. APA TV-nin məlumatına görə,  hadisə Sabunu və Pirallahı rayonlarında qeydə alınıb. Sabunçu rayonu Elşən Mehdiyev küçəsi 30 ünvanında yaşayan 14 yaşlı İlkin Vəli oğlu Rabilovu elektrik cərəyanı vurub. Belə ki,  yeniyetmə evə gedərkən əlini işıq transformatoruna vurub. Nəticədə onu elektrik cərəyanı vuraraq bir neçə metr kənara atıb. İlkin Rabilov yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.
 
Eyni diaqnozla Pirallahı rayonunun “Xaşaxuna bağları”x9d bağları adlanan ərazidə yaşayan 15 yaşlı Orxan Əlisahib oğlu Məmmədzadə də xəstəxanaya gətirilib. Yeniyetmə həyətyanı sahədə oynayan zaman elektrik naqili qırılaraq onun üzərinə düşüb. Atası Əlisahib Məmməzadə oğluna kömək etmək istəyərkən cərəyan onu da vurub. Xəstəxanadan verilən məlumata görə, Orxan Məmmədzadənin vəziyyəti orta ağırdır. Atası Əlisahib Məmməzadə isə, ambulator müalicəyə buraxılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO