MMA döyüşçüsü faciəvi şəkildə ÖLDÜ -xa0FOTO

MMA döyüşçüsü faciəvi şəkildə ÖLDÜ -xa0FOTO

Hazırda oxunan: MMA döyüşçüsü faciəvi şəkildə ÖLDÜ -xa0FOTO

614421

Moldovalı MMA döyüşçüsü Yuriy Lapikus İtaliyada motosiklet qəzasına düşərək 27 yaşında dünyasını dəyişib.

Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Bildirilib ki, martın 17-də Lapikus ağır motosiklet qəzasına düşüb. İdmançı təcili yardım maşını ilə Milandakı xəstəxanalardan birinə aparılıb. O, üç gün komada qalıb və martın 20-də ölüb.

Qeyd edək ki, Lapikus orta çəki dərəcəsində çıxış edib. Peşəkar karyerasında 16 döyüş keçirən idmançı cəmi iki dəfə məğlub olub.

İdmançı “One Championship“da çıxışları ilə tanınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO