Argentinada futbol bayramı fəlakətlə nəticələnib, yığma komanda helikopterlə xilas edilib...

Argentinada futbol bayramı fəlakətlə nəticələnib, yığma komanda helikopterlə xilas edilib...

Hazırda oxunan: Argentinada futbol bayramı fəlakətlə nəticələnib, yığma komanda helikopterlə xilas edilib...

579825
"Bir azarkeş həlak olub, bir yeniyetmə komadadır, 31 nəfər yaralanıb..."
 
"Komanda rəhbərliyi və futbol federasiyası azarkeşlərdən üzrxahlıq edib..."
 
Argentina yığmasının futbol üzrə dünya çemionatında qələbəsini qeyd etmək üçün 3-4 milyon insan Buenos-Ayresin küçələrinə çıxıb.
 
Lakin polis az qala böyük fəlakətə çevriləvək bayram tədbirini kəskin surətdə dayandırmalı olub.
 
Moderator.az xəbər verir ki, bu barədə dekabrın 21-də bəlli olub. Məlumatı "zakon.kz" nəşri yayıb.
 
Çərşənbə axşamı Argentina hökuməti pərəstişkarların öz yığma komandasının qələbəsini qeyd etməsi üçün xüsusi gün elan edib.
 
Güman edilib ki, futbolçular şəhər boyunca açıq avtobusda hərəkət edəcək ki, bütün arzu edənlər onları salamlaya bilsin.
 
Lakin futbolçularla ünsiyyətdə olmaq istəyənlər kütləsi o qədər böyük olub ki, polis qayda-qanunu saxlaya bilməyib.
 
İsterik azarkeşlər bir neçə km gedəndən sonra ilişib qalan avtobusu əhatəyə alıb. Fanatlar mühafizəni yararaq futbolçulara yaxınlaşmağa cəhd edib. 
 
Bəziləri avtobus körpünün altından keçəndə onun üstünə tullanmağa cəsarət edib. 
 
Azarkeşlərdən biri bunu bacarıb, lakin o, avtobusun üstündə dayana bilməyib, yola düşüb və xəsarət alıb.
 
Vəziyyətin nəzarətdən çıxmaması üçün polis paradı dayandırmaq qərarına gəlib.
 
Futbolçular avtobusun açıq meydançasından helikopterlə təxliyə edilib.
 
İlkin məlumata görə, baş vermiş basabasda 12 nəfər xəsarət alıb və ilk məlumatarda ölüm hallarının olmadığı deyilib.
 
Sonradan məlum olub ki, bir azarkeş həlak olub, bir yeniyetmə komadadır, daha 31 nəfər yaralanıb. Bayram tədbirlərinin nəticəsi belə olub. 
 
Komanda rəhbərliyi və futbol federasiyası azarkeşlərdən üzrxahlıq edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO