Cəlilabadda 5 km-lik tıxac -  VİDEO

Cəlilabadda 5 km-lik tıxac - VİDEO

Hazırda oxunan: Cəlilabadda 5 km-lik tıxac - VİDEO

53233
Bu gün səhər saatlarında Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində tıxac yaranıb. 

Tıxacın uzunluğu 5 km. olub.

Tıxacın yaranma səbəblərindən biri magistral yolun yaxınlığında yerləşən ticarət mərkəzinə daxil olan avtomobillərlə Ələt-Astara yolu ilə hərəkət edən abtomobillərin nizamsız qarşılaşmasıdır. Digər səbəb isə Cəlilabad-Bakı marşurutu üzrə işləyən kiçiktutmlu mikroavtobusların mgistral kənarında duraraq, sərnişin toplamalıdır.

Maraqlısı isə odur ki, avtomobillərin qarış-qarış hərəkət etməsinə baxmayaraq, Bakı istiqamətində hərəkət edən mikroavtobuslar yolun kənarında dayanaraq sərnişinləri götürməyə başlayıb.

Tıxacın yarandığı əraziyə yol patrul xidmətindən əlavə kömək gəldikdən sonra magistral yolda nəqliyyat vastələrinin normal hərəkəti bərpa olunmağa başlanıb.

Qeyd edək ki, sözügedən ərazidə həftənin 2 günü istisna olmaqla, demək olar ki, hər gün uzun tıxac olur. Son zamanlar istirahət etmək üçün Cənub bölgəsinə üz tutanların sayının çox olması, yoldakı avtomobillrin sayını daha da çox olmasına səbəb olub.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO