Çoxumuz meningit xəstəliyinə laqeyd yanaşırıq.xa0Meningit - baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyidir.
Moderator.az laqeyd yanaşdığımız meningit xəstəliyinin səbəb olduğu faciəvi sonluğu təqdim edir.
xa0
Amerika vətəndaşı Mişel Atkinson yüksək temperatur və baş gicəllənməsiylə işdən icazə alıb evə gəlir, ertəsi gün oyandığında ayaqlarını hərəkət etdirə bilməyib. Dərhal təcili yardımla xəstəxanaya aparılan Mişelə müayinə zamanı meningit diaqnozu qoyulub.
xa0
İlk dövrdə ayaqlarında, daha sonra bədənin digər yerlərində dərisini itirməyə başlayan Mişel 3 ay xəstəxanada müalicə aldıqdan sonra evə qayıdıb. Dərisini yeyən gizli xəstəlikdən xəbəri olmayan talesiz ana indi bütün meningit xəstələrinə xəbərdarlıq etməklə məşğuldur. O, yüksək temperatur, baş ağrısı, boyun tutulması, dərisində qızartılar kimi əlamətləri olan insanlara dərhal həkimə getməyi məsləhət görür.xa0





































































































