Türkiyənin nüfuzlu ATV telekanalı isə mövzunu davam etdirərək həmin görüşdəki sıcaq atmosferi təqdim edərkən ünlü elm adamı, Nobel mükafatçısı Aziz Sancarın bir arzusunun gerçəkləşməkdə olduğunu xatırlatmağı lazım bilib.xa0

Qeyd edək ki, Aziz Sancar ötən ilin iyul ayında Bakıya səfər etmişdi və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkənin tanınmış ictimai xadimləri, media kapitanları ilə olduqca maraqlı görüş baş tutmuşdu. Nobel mükafatçısı həmin görüşdən sonra UNEC radiosuna verdiyi müsahibədə ən böyük arzusunun həyatda ikən Türk Birliyinin gerçəkləşməsi olduğunu dilə gətirmişdi.
xa0


"İki uzun adam" ifadəsi isə Türk dünyasının birliyi uğrunda hər iki Türk Cümhuriyyətində hamıdan çox cəfakeşlik sərgiləyən və bu yolda yorulmaq bilməyən təpədən dırnağadək Böyük Türk Oğlu - Türkiyə prezidentinin Türk Cümhuriyyətləri üzrə baş danışmanı Yalçın Topçuya aiddir. Yalçın bəy Tayyib Ərdoğanla İlham Əliyevi iki uzun adam kimi xarakterizə etməyi sevir və iki qardaş ölkə rəhbərinin birlikdə omuz-omuza verərək təkcə Aziz Sancarın deyil, milyonların röyası olan Türk Birliyini gerçəklşdirəcəyinə bütün varlığı ilə inanır. Allah nəsib etsin! Allah bu qardaşlığı Türk Millətinə çox görməsin!xa0































































































