İsrailli həkimlərdən tibbi inqilab:  Mənfi 196 dərəcədə xərçəng hüceyrəsi donduruldu...

İsrailli həkimlərdən tibbi inqilab: Mənfi 196 dərəcədə xərçəng hüceyrəsi donduruldu...

Hazırda oxunan: İsrailli həkimlərdən tibbi inqilab: Mənfi 196 dərəcədə xərçəng hüceyrəsi donduruldu...
219890
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Moderator.az “Vesti” İsrail nəşrinə istinadən xəbər verir ki, İsraildə ilk dəfə böyrəkdə xərçəng metastazını dondurmaq üçün cərrahi əməliyyat aparılıb.xa0

“Ziv” xəstəxanası cərrahiyyə bölməsinin həkimi Yevgeni Solomonovxa0 xərçəng hüceyrələrinə maye azot yeridib və onlar yox olub.

60 yaşlı kişi yoğun bağırsağındakı xərçənglə mübarizə aparıb, bu yaxınlarda xərçəng böyrəyinə metastaz verib. Konsilium xəstəyə krioterapiya - xərçəng hüceyrələrinin dondurulmasını təyin edib. Bu dərman preparatı İseCure Medical şirkəti tərəfindən hazırlanıb.

Proses zamanı həkim xərçənglə zədələnmiş orqana mənfi 196 dərəcədə olan maye azot çiləyir. Yaranmış buz kürəcik yaxınlıqdakı xərçəng hüceyrəsini dondurur. Bu zamanxa0 xəstə orqan zərər görmür, xəstənin özü də ağrı hiss etmir.

“Yeni texnologiya xərçəng hüceyrələrini soyuq vasitəsilə məhv etməyə imkan verir-bu əməliyyatı İsraildə ilk dəfə həyata keçirən doktor Yevgeni Solomonov deyib. Donmuş yer məhdudlaşdırılır, ona görə də bütövlükdə orqanizmə minimum zərər vurur. Yeni metod imkan verir ki, böyrək xərçəng hüceyrələrindən tam təmizlənsin”.

Krioterapiyadan əvvəl doktor Solomonov xərçəng şişinin bir hissəsini götürür, qalan hissəsini isə metastazı məhv etmək üçün dondurur. Sadə hallarda əməliyyat narkozsuz həyata keçirilir və xəstə bir neçə saatdan sonra xəstəxanadan çıxa bilər.

Bununla belə xəstəliyin geri qayıtmadığına əmin olmaq üçün bir neçə aydan bir MRT-dən keçmək lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO