Xankəndindəki separatçı-terrorçu rejim və Fransanın “Hay-Med” tibbi humanitar təşkilatının dəstəyi iləxa0 bir qrup fransalı həkim ermənilərə pulsuz xidmət məqsədilə Azərbaycan sərhədini pozub.xa0
Moderator.az yazır ki, bu haqda erməni mediası xəbər yayıb. Fransalı həkimlər aprelin 6-dək Xankəndindəki tibb mərkəzində xəstələri pulsuz müayinə, müalicə və əməliyyat edəcək.xa0

“Hay-Med” təşkilatının prezidenti Ovanes Ekeryanın sözlərinə görə, onlar Qarabağ ermənilərinə 30 ilə yaxındır ki, yardım edirlər. Bu dəfə fransalılar separatçılara pulsuz dərman və tibbi ləvazimat da gətiriblər. Kəlbəcər və Ağdərənin bir neçə kəndindəki ermənilərə pulsuz dərman paylayıblar.
Sultan Laçın



































































































